Həddindən artıq düşünmək - Overthinking Sindromu

Həddindən artıq düşünmək - Overthinking Sindromu

Dayanmadan düşünməkdən bezmisiniz? Bəs, bunun tibbdə yeri olan bir xəstəlik olduğunu desək, nə düşünərdiniz?

Əlbəttə ki, düşünmək insan olaraq təbiətimizin bir hissəsidir. Bu səbəbdən hər düşüncə halını psixoloji xəstəlik hesab etmək olmaz. Ancaq bir çox insanda görülən çox düşünmək həyatı ciddi şəkildə təsir edə biləcək bir problemdir.

Daha aydın olmaq üçün bəzi gündəlik nümunələrə keçə bilərik. Məsələn, keçmişdə yaşadığınız narahatedici bir an beyninizdə davamlı olaraq təkrarlanırsa və ya çoxlu fikirlər yatmağınıza mane olursa, diqqətli olmaqda fayda var.

Həddindən artıq düşünmək - Overthinking nədir?

Həddindən artıq düşünmənin, başqa sözlə desək, “overthinking”ni müxtəlif təriflərini görmək mümkündür. Bununla belə, bütün bu təriflər ortaq məxrəcə yaxınlaşır. Əsas tərif odur ki, insan daim öz keçmiş və ya gələcək həyatı haqqında düşünür. Bundan əlavə, həddindən artıq düşünmə problemində fikirlərin davamlı olaraq təkrarlandığı və bunun insanın gündəlik həyatına ciddi şəkildə mənfi təsir göstərdiyi görünür.

Həddindən artıq düşündüyünüzü necə anlaya bilərsiniz?

Əlbəttə ki, düşünmə hərəkəti həmişə həddindən artıq düşünmə xəstəliyinə işarə etmir. Prosesi ayırd etmək üçün ekspert dəstəyi vacib olsa da, həddindən artıq düşünməyin gündəlik həyatınıza təsir edib-etmədiyini fərdi olaraq nəzərdən keçirə bilərsiniz. Həyatınıza mənfi təsir edərsə, psixoloji pozğunluq olan həddindən artıq düşünmə xəstəliyindən şübhələnə bilərsiniz.

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.