Uşaqlarda Heyvan Qorxusu

Uşaqlarda Heyvan Qorxusu

Qorxu insanın yaşaması üçün lazım olan duyğudur, ancaq məntiq çərçivəsində idarə olunmalıdır. Normal inkişaf edən bir uşaq üçün, tanımadığı hər hansı bir şey kimi, heyvanlarla ilk qarşılaşma narahat ola bilər. Burada yeni şeylərlə qarşılaşanda valideynin reaksiyası uşaq üçün önəmlidir. Bir çox valideynlər övladlarının özlərinə güvənmədiklərindən və müəyyən qorxularından şikayətlənirlər. Bununla belə, valideynlər, nənələr və hətta xalalar uşaqları heyvanlarla qorxutmaqdan tez-tez tərbiyə vasitəsi kimi istifadə edirlər. Əslində burada böyüklər öz qorxuları ilə uşaqlara nümunə göstərirlər.

Uşaqlarda heyvan qorxusunun qarşısını almaq üçün nə etmək lazımdır? 

Bunün üçün ailələr ilk növbədə öz qorxularını aradan qaldırmaq üçün kömək axtarmalıdırlar.
Demək olar ki, heç bir heyvan növü, ona qarşı yönəlmiş və ya ola biləcək bir təhlükə hiss etmədikcə insanlara zərər vermir. Təbiətdə çoxlu heyvan növləri olduğu üçün uşağın heyvanla qarşılaşmamaq şansı demək olar ki, yoxdur. Bu səbəbdən ailə və övladı bir heyvanla qarşılaşdıqda həmin heyvana şəfqətlə yanaşmalı, əvvəlcə heyvanı sakitcə seyr etməli, sonra həmin heyvanın xüsusiyyətlərini uşağa düzgün şəkildə izah etməlidir. Məsələn, itin insanlara zərər vermədiyi, bir insanın zərər görməsi ilə bağlı narahatlıq olmadığı halda itin insanları dişləmədiyi, hansı vəziyyətdə hansı heyvanın zərər verə biləcəyi izah edilməlidir. Əgər uşaq heyvanla rastlaşsa və ondan qorxarsa, uşağı heyvana zorla yaxınlaşdırmaq, heyvanı uşağın üstünə atmaq və ya zorla ona toxunmasını istəmək də qorxuları artırar.

Uşaq heyvandan qorxursa, nə etməli?

Qorxu vəziyyətlərində ailələrin müsbət, arxayınedici, qorxuya dəstək və izahedici rəftarları kifayətdir. Məsələn, ailələr qorxmadıqları bir heyvan haqqında danışaraq, uşağı heyvanlardan qorxmamalı olduğuna inandıra bilərlər. Əslində, uyğun fiziki mühit varsa, valideynlər qorxmadıqları bir ev heyvanını evdə saxlaya bilərlər. Düzgün qulluq edilən ev heyvanları uşaqların sevgisini, sevilmək hissini, şəxsiyyətlərarası həssaslığı və əlaqəni gücləndirir.

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.