Övladınızın yanında siqaret çəkirsiniz?
ABŞ-da aparılan bir araşdırma göstərdi ki, siqaret çəkən ailədə böyüyən insanların özləri siqaret çəkməsələr belə, böyüklər kimi ciddi ağciyər xəstəliyinə yoluxmaq riski var. Mütəxəssislər deyirlər ki, uşaqları qorumağın ən yaxşı yolu siqareti tərgitməkdir.
Amerika Xərçəng Fondunun araşdırması siqaret çəkməyən 70 900 kişi və qadın üzərində aparılıb. İştirakçılardan həyatları boyu siqaret tüstüsünə nə dərəcədə məruz qaldıqları soruşulub, sağlamlıq durumları 22 il ərzində izlənilib.
Araşdırmaya görə, siqaret çəkməyənlərlə müqayisədə həftədə 10 saat və ya daha çox siqaret tüstüsünə məruz qalmaq xroniki ürək xəstəliyindən ölüm riskini 27 faiz, insult riskini 73 faiz, xroniki ağciyər xəstəliklərindən ölmə riskini 42 faiz artırır.
Uşağın yanında siqaret çəkmək riski artırır
Valideynləri siqaret çəkən uşaqların astma və ağciyər inkişaf problemləri riski altında olduğu məlumdur. Ən son araşdırmalar göstərir ki, uşaqlıqda siqaret tüstüsünün təsiri yetkinlik yaşına qədər davam edir və xroniki ağciyər xəstəliklərinə səbəb ola bilər.
Mütəxəssislər araşdırmada ölüm riskinə diqqət yetirərkən, uşaqlıqda passiv siqaret çəkməyin də xroniki xəstəlikləri və qayğıdan asılılığı artırdığını vurğuladılar.