Kiçik motorikanın inkişafı

Kiçik motorikanın inkişafı

Uşaqlarda kiçik motorikanın inkişafı elə uzunmüddətli fasiləsiz prosesdir ki, onun gedişatında uşaq dünyanı dərk edir, ətraf aləmlə ünsiyyətə girir, cəsarət qazanır və hətta danışmağa başlayır. Kiçik motorika əl biləyi və barmaqların köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işidir. Onun inkişafı duyğu orqanlarının inkişafından asılıdır. Bunlardan əl və ayaq barmaqlarının dəqiq hərəkətlərini görüb yadda saxlamağa xidmət edən gözlərin təsiri də mühümdür.

Kiçik motorikanın inkişafı ona görə vacibdir ki, insanın ovucunda və dabanında 1000-ə qədər mühüm bioloji aktiv nöqtə vardır. Onlara təsir etməklə daxili orqanların fəaliyyətini qaydaya salmaq olar.

Çeçələ barmaq – Ürək
Adsız barmaq – Qaraciyər
Orta barmaq – Bağırsaqlar
Şəhadət barmağı – Mədə
Baş barmaq – Baş

Uşağın barmaqlarını masaj etməklə biz baş beyin qabığı ilə əlaqəli aktiv nöqtələrə təsir etmiş oluruq. Kiçik motorikanın inkişaf səviyyəsi yüksək olan uşaqlar məntiqi düşünmə qabiliyyətlərinə malik olub kifayət qədər inkişaf etmiş yaddaş, diqqət və düzgün nitqə malik olurlar.

Kiçik motorikanın inkişafı uşağın gələcək bacarıqlarının təməlidir.
Uşaq psixoloqu Bağırova Sibel

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.