Loqopedik masaj

Loqopedik masaj

Nitq qüsurlarının və artikulyasiya aparatında olan problemlərin korreksiyası zamanı tətbiq olunmalı ən başlıca prosedur Loqopedik masajdır. Loqopedik masaj pasientin diaqnozunun ağırlığından asılı olaraq 30 dəqiqə və ya 45 dəqiqə müddətində tətbiq olunur. Loqopedik masaj əsasən əllərimiz və diaqnoza uyğun seçilmiş xüsusi loqopedik zondlar vasitəsilə aparılır. Loqopedik masaj zamanı artikulyasiya aparatındakı bir çox qüsurlar öz həllini tapır ( Hipertonuslu, hipotonuslu əzələlər, dişləmə, udma, çeynəmə, ağız suyu ifrazı, gərgin-sərt dil və dil kökü, nəfəs).
Proses müddətində bəzi qüsurlu hərflərində korreksiya olunduğunu da müşahidə edirik. Buna səbəb odur ki, bəzi pasientlərin nitqindəki qüsurlar sırf artikulyasiya aparatındakı problemlərdən qaynaqlanır. Buna görə də Loqopedik dərslərdən öncə mütləq və mütləq şəkildə loqopedik masaj tətbiq olunmalıdır.

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.