Uşağı necə tərifləmək olar?

Uşağı necə tərifləmək olar?

Tərifin konkret olması vacibdir Tərifin ümumi və mənasız olmamalıdır. Uşağa “Çox yaxşısınız” deməkdənse, “Bu işi çox düzgün və ətraflı şəkildə yerinə yetirdin” kimi konkret ifadələr daha təsirli olur. Ramidə Oktayqızı bildirir ki, bu cür konkret təriflər uşağa yalnız davranışını qiymətləndirdiyini hiss etdirir, həm də onu daha müsbət şəkildə inkişaf etdirməyə yönəldir.   Tərifin əməyinə yönəlməsi Uşaqları tərifləyərkən onların yalnız nəticəyə deyil, əməyə görə qiymətləndirilməsi vacibdir. Yalnız mükafatları və uğurları tərifləmək, uşağın mükafat gözləyərək fəaliyyət göstərməsinə gətirib çıxara bilər. Ramidə Oktayqızı uşaqları tərifləyərkən “Sən bu tapşırığı həll edərkən çox səbirli oldun” kimi ifadələr istifadə etməyin önəmini vurğulayır. Beləliklə, uşaq həm yaxşı davranışları görür, həm də öz səylərini qiymətləndirildiyini hiss edir.   Təriflərdə həddini aşmamaq Təriflərin həddindən artıq olmaması vacibdir. Uşağın hər bir hərəkətinə həddindən artıq təriflər vermək, onun inamını yanlış yolda inkişaf etdirə bilər. Ramidə Oktayqızının dediyinə görə, təkrarlanan və aşırı təriflər, uşağın narahatlıq hissi yaratmasına və özünü mükəmməl hiss etməyə çalışmasına səbəb ola bilər. Hətta bu, gələcəkdə real həyata hazırlıqsızlıq yarada bilər. Təriflər balanslı olmalı, uşağın bacarıqlarını düzgün şəkildə qiymətləndirməlidir.   Tərifin şərti olmaması Uşağı tərifləyərkən onlara “Yalnız yaxşı iş görsən tərif alacaqsan” demək, uşağın özünə dəyərini yalnız xarici mükafatlarla ölçməsinə gətirib çıxara bilər. Ramidə Oktayqızı uşaqlara qarşı şəxsiyyətlərini və daxili potensiallarını qiymətləndirmək üçün şərtsiz və hər zaman müsbət münasibət göstərməyin əhəmiyyətini vurğulayır. “Sən bacararsan, bu sənə aiddir, sən buna layiqsən” kimi ifadələr uşağa özünə inam aşılayır.   Həddindən artıq mükafatlandırmadan qaçınmaq Mükafatlar uşağın motivasiyasını artıran amillərdən biridir, lakin mükafatların çox olması uşağın davranışını müvəqqəti şəkildə yaxşılaşdıra bilər, lakin uzunmüddətli təsir göstərməz. Ramidə Oktayqızının fikrincə, mükafatlandırma və təriflər arasındakı fərqi anlamaq vacibdir. Mükafatlar bir məqsəd üçün verilir, amma təriflər uşağın şəxsiyyətini qiymətləndirir.   Uşağın emosional vəziyyətini nəzərə alaraq tərifləmək Uşaqların əhval-ruhiyyəsi dəyişkən ola bilər və bu halda onların təriflənməsi də fərqli yanaşma tələb edir. Ramidə Oktayqızı vurğulayır ki, uşağın emosional vəziyyəti nəzərə alınmalı və onun inkişaf mərhələsinə uyğun təriflər verilməlidir. Məsələn, uşağın narahat olduğu bir dövrdə, onlara diqqət və dəstək göstərmək daha vacibdir, sadəcə mükafat və təriflərdən daha çox empatiya göstərilməlidir. Nəticə olaraq, Ramidə Oktayqızının sözlərinə görə, düzgün tərif və motivasiya uşaqların özlərini dəyərli hiss etmələrinə və sosial, emosional bacarıqlarının inkişaf etməsinə kömək edir. Uşaqları tərifləyərkən diqqətli olmaq və onların şəxsiyyətini düzgün qiymətləndirmək, həmçinin onlara sevgi və dəstək göstərmək ən vacib amillərdəndir.​​​​

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.