Qısqanclıq hissi uşağın "hər kəsin yeganə sevimlisi olmaq" istəyindən yaranır. O, rəqibinin olmasını heç bir vəchlə qəbul etmək istəmir. Uşaqlarda bu hisslər artıq iki yaşından etibarən özünü göstərir. Ailəyə yeni qardaş və ya bacı gələrsə, bu zaman valideynlərin daha böyük sevgisi uğrunda mübarizə başlayır.
Uşaqları heç vaxt müqayisə etmək lazım deyil. Yəni, uşaqlarla münasibətdə onlara "Bax, görürsən, o, səndən daha yaxşıdır", "Sən nə üçün qardaşın (bacın) kimi deyilsən?" və s. bu kimi ifadələrdən istifadə etmək olmaz. Əgər uşaqlardan biri özündən daha qabiliyyətli, daha ağıllı olan qardaşını (bacısını) qısqanırsa, heç vaxt onun hisslərinə toxunacaq fikirlər səsləndirməyin. Məsələn, ona "Nə olsun ki, sən məktəbdə oxumağına görə seçilmirsən, əvəzində idmanda böyük uğurlar qazanmısan" ifadəsi yerinə "Mən bilirəm ki, sən də əlaçı olacaqsan. Sən buna qadirsən, sadəcə daha çox çalışmalısan" deyib onu başa düşdüyünüzü, ona güvəndiyinizi hiss etdirməlisiniz
Hər nə qədər yenidoğulanın daha çox diqqət və qayğıya ehtiyacı olsa da, ilk uşaq həmişə valideynlərindən daha sıx diqqətə ehtiyac duyur.
Nəticə olaraq unutmayaq ki , övladınızı bacı-qardaşını qısqanmasının tamamilə qarşısını ala bilməzsiniz. Bunların əvəzinə övladınızda qısqanclıq hissini nəzarətdə saxlamaq bacarığı verə bilərsiniz. Çünki bacı- qardaş qısqanclığı təbii inkişaf problemidir.