27.04.2024 tarixində Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə klinikasının akt zalında Orvita Psixoloji Reabilitasiya Mərkəzi və Azərbaycan Könüllü Həkimlər Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Biz sizin özünüzük” adlı autizmə dəstək layihəsi keçirilib.
Tədbirdə Orvita Psixoloji Reabilitasiya Mərkəzinin təsisçi rəhbəri p.ü.f.d. Ramidə Oktayqızı, psixiatr Ceyhun Cəfərov, inklüziv təhsil mütəxəssisi Emilya Salmanova və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbir uşaqların müxtəlif səhnəcikləri ilə davam edib.
Çıxış üçün ilk öncə p.ü.f.d. Ramidə Oktayqızına söz verilib. O bildirib ki, bugünkü tədbirimizin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlarımızı, ən əsas da autizmli uşaqlarımızı cəmiyyətə inteqrasiya etməkdir. Onların da bizim kimi cəmiyyətə yönəlməsi çox əhəmiyyətli məsələdir və biz Autizm Evində onlara təkcə təlim vermir, onları həm də peşə yönümlü işlərə sövq edirik.
Ardından Sosial Xidmetler Agentliyinin İdare Heyeti sedrinin mushaviri Vüqar Əliyev, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri Oqtay Mehdiyev, Elm və Təhsil Nazirliyinin əməkdaşı Aidə Əsgərli, Milli Məclisin deputatı Jalə Əhmədova və Vüqar İsgəndərov konfrans haqqında öz fikirlərini bölüşüb.
Sonda isə “Bizim eşitdiyimiz autizm, gördüyümüz autizm deyil!”, “Biz autizmli uşaqlarla işlədikdə onların fərqli cəhətlərini görürük”, “autizm mənim görə bilmədiklərimi görür və hərəkət edir”, “autizm gələcəyin özüdür” şüarları səslənib.