Psixoloq Ramidə Oktayqızı gənclərlə görüş keçirib

Psixoloq Ramidə Oktayqızı gənclərlə görüş keçirib

Psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı gənclərlə görüşüb.

Görüş Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, “Gənclər Evi” sosial xidmət müəssisəsinin və “ALABORA Group” peşəkar təlimlər şirkətinin dəstəyi ilə həyata keçirilib.

Görüşün əsas hissəsində Orvita Psixoloji Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı gənclərin psixoloji maarifləndirilməsi, eyni zamanda gənclər arasında erkən nikah və onun yaratdığı fəsadlarla bağlı mövzuları əhatə edən təlimlər keçib.

İdarədən əldə edilən məlumata əsasən, tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, “ALABORA Group” şirkətinin təsisçisi Elvin Ağayev, Gəncə Kimya–Biologiya Təmayüllü Liseyin psixoloqu Şərabanu Abbasova da çıxış ediblər.

Görüş diskussiya şəklində davam edərək, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sualınız var?

Bir kliklə whatsappa yazın, dərhal yardımçı olaq.