2021-ci ilin iyun-iyul-avqust aylarında “Şəkərli Diabetli Uşaqlara Psixoloji Dəstək” adlı layihəni uğurla yekunlaşdırdıq.
Burda həm əhmədli filialında, həm də Q.Qarayev filialında uşaqlar yaş qruplarına ayrılaraq, onlarla həm qrup terapiyaları, həm də fərdi seanslar keçirildi. Hətta valideynlərlə Psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı bir neçə dəfə görüşlər keçirərək onlara Motivasiya xarakterli məlumatlar verdilər.